XƏBƏR LENTİ
16 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024



Paytaxtımız Avropa çempionatına ev sahibliyi edir
İdman 15:40 / 02.10.2023

Paytaxtımız kəmər güləşi üzrə 3-cü Avropa çempionatına ev sahibliyi edir. Milli Gimnastika Arenasında keçirilən çempionatın açılış mərasimində təşkilatçı və dəstəkçi qurumların nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər.

İlk olaraq iştirakçı komandaların dövlət bayraqları zala gətirilib. Sonra söz Beynəlxalq Kəmər Güləşi Federasiyasının baş katibi Xabir Xabibullinə verilib. O, ev sahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib, idmançılara uğurlar arzulayıb.
Ardından öz təəssüratlarını bölüşən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev 16 ildən sonra bu idman növü üzrə Avropa çempionatının Bakıda keçirilməsinə sevindiyini söyləyib: "Azərbaycan qeyri-Olimpiya, xüsusən də ənənəvi idman növlərinə diqqət yetirir. Ənənəvi idman növləri ölkəmizdə get-gedə daha da inkişaf edir. Əminəm ki, budəfəki Avropa çempionatının da təşkilatçılığı yüksək səviyyədə olacaq".
Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonda nümunəvi çıxışlar tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Beynəlxalq Kəmər Güləşi Federasiyası, Azərbaycan Milli İdman Növləri Assosiasiyası (AMİNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilən qitə birinciliyi oktyabrın 4-dək davam edəcək. Yarış zamanı atletlər sərbəst və klassik üslublarda bütün çəki dərəcələri üzrə mübarizə aparırlar.


6979 oxunub

InvestAZ