XƏBƏR LENTİ
16 Oktyabr 2025
15 Oktyabr 2025
14 Oktyabr 2025
13 Oktyabr 2025
10 Oktyabr 2025



Ağırlıqqaldıranımız dünya üçüncüsü oldu
İdman 01:01 / 18.09.2023

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında dünya çempionatına yekun vurulub. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi, 425 qadın) iştirak edib. Yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparıblar. Təmsilçilərimizdən "körpücük" üzərinə çıxan Dadaş Dadaşbəyli (109 kq) birdənqaldırmada 180 kq-ı ram edib və bu hərəkətdə dünya çempionatının bürünc medalını qazanıb. O, təkanlaqaldırmada 223 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə dünya çempionatının bürünc medalçısı olub. 

Ümumilikdə 403 kq (180 kq + 223 kq) nəticə göstərən Dadaş Dadaşbəyli dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.



19613 oxunub

InvestAZ