SON XƏBƏRLƏR
-
14.08.2026, 13:54
İdmanGimnastımız dünya çempionatında iştirak edib
-
14.08.2026, 11:41
İdmanAzərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
-
14.08.2026, 10:59
İdmanDünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
-
14.08.2026, 10:22
İdmanAvropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
-
14.08.2026, 10:08
İdman"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
-
13.08.2026, 22:14
İdmanKonfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
-
12.08.2026, 19:33
İdman«Ən çox sevdiyim iş çörək bişirməkdir»
-
12.08.2026, 18:26
İdman“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
-
12.08.2026, 17:57
İdmanArgentinalı pilota ziyan vurublar
-
12.08.2026, 16:51
İdman“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
-
12.08.2026, 16:44
İdmanYardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
-
12.08.2026, 15:26
İdman“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
-
12.08.2026, 15:05
İdman"Mercedes" sürücüsü subaylıqla vidalaşır
-
12.08.2026, 14:38
İdman"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
-
12.08.2026, 14:24
İdmanAMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
-
12.08.2026, 14:07
İdman"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
-
12.08.2026, 13:55
İdmanLənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
-
12.08.2026, 13:40
İdmanSennanın avtomobili satışa çıxarılıb
-
12.08.2026, 13:03
İdman“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
-
12.08.2026, 12:49
İdmanDuşan Vlahoviç “Beşiktaş”la razılaşdı
-
12.08.2026, 12:14
İdman“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
-
12.08.2026, 11:54
İdmanPilotların yay tətili bir illüstrasiyada yer alıb
-
12.08.2026, 11:43
İdman"Korintians" Memfis Depayla yollarını ayırdı
-
12.08.2026, 11:10
İdmanBu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
-
12.08.2026, 10:50
İdmanMonako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
-
12.08.2026, 10:30
İdmanKriştianu Ronaldo və Corcinya Rodriges evləndi
-
12.08.2026, 10:18
İdmanRoberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
-
12.08.2026, 10:12
İdmanLeverkuzenlilərdən yeni transfer
-
12.08.2026, 00:15
İdman"Sabah"ın rəqibi müəyyənləşdi
-
11.08.2026, 22:38
İdman"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
-
11.08.2026, 22:02
İdmanÇempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
-
11.08.2026, 21:08
İdmanHoradizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
-
11.08.2026, 13:50
İdmanBelçikalı ulduz futbolçu "Fənərbağça"da
-
11.08.2026, 10:28
İdmanÇempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
FIFA U-15 və U-20 dünya çempionatlarına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası baş tutub
Gündəm
05.08.2026, 22:26
Bu gün 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclası keçirilib.
AFFA-dan verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 iyul tarixli Sərəncamı ilə FIFA U-15 dünya çempionatı və Festivalının təşkili məsələlərinin də həmin Təşkilat Komitəsinə həvalə edildiyi nəzərə alınaraq, iclasda əvvəlcə sözügedən tədbirə hazırlığın mövcud vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov iclası açaraq qeyd edib ki, FIFA U-15 dünya çempionatı və Festivalı 2026-cı il oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Dünya futbol tarixində ilk dəfə keçiriləcək belə mötəbər və irimiqyaslı beynəlxalq idman tədbirinin keçirilməsinin ölkəmizə həvalə olunması Azərbaycana göstərilən yüksək etimadın növbəti təzahürüdür. Bu etimad Azərbaycan Prezidenti İlham Əliyevin idmanın inkişafına, beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkilinə və ölkəmizin qlobal idman məkanındakı mövqeyinin möhkəmləndirilməsinə göstərdiyi davamlı diqqət və dəstəyin məntiqi nəticəsidir.
Əlavə olaraq qeyd olunub ki, tədbirdə 175-dən artıq ölkənin hər biri 20 nəfərdən ibarət nümayəndə heyəti ilə iştirakı gözlənilir. FIFA bayrağı altında ilk dəfə keçiriləcək bu Gənclər Yarışının əsas məqsədi istedadların inkişafının ən yüksək beynəlxalq səviyyədə təmin edilməsidir.
İclasda FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı idman obyektlərinin yarışlara hazırlığı, tikinti və infrastruktur işlərinin gedişi, həmçinin digər təşkilati məsələlər müzakirə olunub.
Daha sonra 20 yaşınadək kişilər arasında FIFA Dünya Çempionatının 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi ilə bağlı hazırlıq məsələlərinə baxılıb. Qeyd olunub ki, çempionatda 24 ölkənin milli komandası iştirak edəcək. Açılış və final oyunlarının, habelə digər oyunların təşkil olunacağı şəhərlərin müəyyənləşdirilməsi istiqamətində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, FIFA və Özbəkistan Futbol Federasiyası ilə sıx əməkdaşlıq və müzakirələr davam etdirilir.
İclasda FIFA U-20 dünya çempionatı ilə bağlı təşkilati məsələlər ətraflı müzakirə olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə icrasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Hər iki beynəlxalq tədbirlə bağlı qurumlararası əlaqələndirmənin gücləndirilməsi və təşkilati məsələlərin operativ həlli ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.