SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb

“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb

İdman

Bugün, 14:37

2008-ci ildən etibarən nəşr olunan “Olimpsport” jurnalının yeni buraxılışı çapdan çıxıb. 

Olimpiyadunyasi.com xəbər verir ki, 2026-cı ilin sentyabr buraxılışında ölkə idmanının müxtəlif istiqamətlərində baş verən mühüm hadisələr, beynəlxalq arenalarda qazandığımız uğurlar, müsahibələr, analitik yazılar və fotolar geniş yer alıb.

Jurnalın üz qabığı Azərbaycan Deflimpiya Komitəsinin “İdman səsimiz olsun!” çağırışına və “Tüklə Voleybol Liqası”nın yekunlarına həsr olunub. Nəşrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” futbol klubuna ünvanladığı rəsmi təbrik mətni dərc edilib.

Buraxılışda ABŞ-də keçiriləcək qadın güləşi üzrə “Journeymen World Classic” beynəlxalq turnirinin rəsmi afişası da təqdim olunub.

​Yeni sayda jurnalın təsisçisi və baş redaktoru Ramin Allahverdiyevin “Bir-birimizə rəqib xox, dost olduq” adlı müsahibəsi, komandamızın “Paul Klein” turnirindəki 15-ci uğurlu iştirakı və “Tüklə Voleybol Liqası”nın yekunları geniş işıqlandırılıb. 

Oxucular bundan əlavə jurnalda Yaqut Bayramın “YaARa” brendinin xarici bazarlara çıxarılması ilə bağlı müsahibəsi, deflimpiyaçı cüdoçularımızın “Masters Top 18” turnirində qazandığı uğur, eləcə də“Təhlükəsiz idman” konsepsiyasının oyun qaydalarına təsiri barədə analitik materiallarla da tanış ola bilərlər. 

Nəşrdə Ümumdünya Antidopinq Agentliyinin (WADA) Qadağan edilmiş siyahısına həsr olunan maarifləndirici yazı da yer alıb. Material idmançıların və idman ictimaiyyətinin nümayəndələrinin antidopinq qaydaları barədə məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Jurnalda yeniyetmələr arasında çimərlik güləşi üzrə dünya ikincisi, qadın güləşi üzrə milli komandamızın üzvü Rəna Nuriyeva haqqında geniş dosye də dərc olunub.

Yeni buraxılışda futbol üzrə 2026-cı il dünya çempionatının bütün oyunlarının nəticələri, İspaniya millisinin çempionluq sevinci və azarkeşlərin rəngarəng görüntüləri geniş fotoreportaj şəklində təqdim edilib.

Nəşrin arxa üzündə isə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolu tarixində mühüm uğura imza atan “Sabah” futbol klubunun heyətinin əks olunduğu böyük fotoya yer ayrılıb.

Dİgər xəbərlər