XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025



Kişi voleybolçuların ölkə çempionatında yarımfinal mərhələsi start götürür
İdman 11:11 / 30.03.2023

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Oyun günündə "Murov” klubu MOİK, "Xarı bülbül” isə "Neftçi” ilə üz-üzə gələcək.

Ötən gün qadın voleybolçuların yarımfinalda mübarizəsinə start verilib. "Abşeron” klubu "Murov”la, "Azərreyl” isə UNEC-lə qarşılaşıb. "Murov” rəqibinə 3:1, "Azərreyl” isə 3:0 hesabı qalib gəlib.

Qeyd edək ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.


19736 oxunub

InvestAZ