SON XƏBƏRLƏR
-
Bugün, 16:50
İdmanAzərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
-
Bugün, 16:11
MOKMOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
-
Bugün, 15:55
İdman2042-ci il Qış Olimpiya Oyunları üçün ABŞ-dan yeni təşəbbüs
-
Bugün, 15:35
İdmanVoleybol məşqçiləri üçün “Təhlükəsiz idman - hamı üçün” mövzusunda seminar keçiriləcək
-
Bugün, 15:21
İdmanUFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşəcəklər
-
Bugün, 14:22
MOKBeynəlxalq Olimpiya Günü münasibəti ilə “Xatirələrdə yaşayanlar” adlı tədbir keçirilib
-
Bugün, 10:49
İdman23 iyun - Beynəlxalq Olimpiya Günüdür
-
Bugün, 04:03
İdmanUsta ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edirlər
-
Bugün, 00:16
İdmanTaekvondoçularımız beynəlxalq yarışda 3 medal qazanıblar
-
22.06.2026, 18:16
İdmanQadınlardan ibarət Azərbaycan millisi Fərid Qayıbovla görüşüb
-
22.06.2026, 17:54
İdmanÇimərlik futbolu üzrə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
-
22.06.2026, 17:42
İdmanAzərbaycan kamandan oxatanları Dünya Kubokunda mübarizə aparacaqlar
-
22.06.2026, 16:48
İdmanAMADA Gəncədə təmiz idman dəyərlərinin təşviqinə dair maarifləndirmə proqramı təşkil edib
-
22.06.2026, 14:58
İdmanParabadmintonçusmuz Fransada bürünc medal qazanıb
-
22.06.2026, 14:39
İdmanTaekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar
-
22.06.2026, 14:20
İdmanAzərbaycan alpinistləri İtaliyadakı Monte Paterno zirvəsinə qalxıblar
-
22.06.2026, 12:18
İdmanAvarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər
-
22.06.2026, 11:50
İdmanBadmintonçumuz Serbiyada bürünc medala sahib oldu
-
20.06.2026, 19:35
İdmanDünya Kuboku: İki boksçumuz bürünc medal qazandı, bir idmançımız isə finalda
-
20.06.2026, 19:24
İdman"Zirə" heyətini yeni futbolçu ilə gücləndirir
-
20.06.2026, 18:55
İdman"Neftçi" Dünya Seriyasının Sumqayıt mərhələsinin 1/4 finalında
-
20.06.2026, 17:32
İdman"Ağ-qaralar"dan növbəti transfer
-
20.06.2026, 16:43
İdmanMəktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
-
19.06.2026, 20:19
İdman"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
-
19.06.2026, 19:59
GündəmUFC-də beşinci azərbaycanlı döyüşçü
-
19.06.2026, 12:55
GündəmAvropa Su İdmanı Federasiyasının konfransı ilk dəfə Bakıda!
-
19.06.2026, 10:12
İdmanVoleybol millilərimiz Avropa Liqasında növbəti oyunlarına çıxacaq
-
19.06.2026, 07:19
İdmanMeksika millisi dünya çempionatında növbəti qələbəsini qazandı
-
18.06.2026, 17:02
GündəmAzərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb
-
18.06.2026, 16:50
İdmanBu gün DÇ-2026-da II turun oyunlarına start veriləcək
-
18.06.2026, 16:41
MOKParaüzgüçülük üzrə ölkə çempionatı keçirilib
-
18.06.2026, 15:46
İdmanCüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
-
18.06.2026, 10:58
İdmanÇimərlik güləşçilərimiz Dünya Seriyasının III mərhələsində iştirak edəcəklər
-
18.06.2026, 10:40
İdmanTaekvondoçularımız klublararası Avropa çempionatında 6 medal qazanıblar
Bədii gimnastlar ölkə çempionatında bacarıqlarını nümayiş etdirdilər
İdman
26.03.2023, 08:47
Martın 24-25-də Milli Gimnastika Arenasına bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı keçirilib. Yarışda "Ocaq Sport" klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, "Grasiya” idman klubu, "Zirə” Mədəniyyət Mərkəzi, Sumqayıtdan ümumilikdə 53 gimnast bacarığını nümayiş etdirib. Çempionatda 2008-2010-cu illər təvəllüdlü gənclərlə yanaşı, 2007-ci il və daha böyük təvəllüdlü idmançılar fərdi proqramda qüvvələrini sınayıblar.
"Ocaq Sport” klubunun və qrup hərəkətləri üzrə milli komandanın üzvləri 5 ip və 5 top (gənclər), eləcə də 5 halqa, 3 lent və 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdiriblər.
Ölkəmizdə təlim-məşq toplanışında olan Avstraliya və Monqolustan təmsilçiləri də öz müsabiqədən kənar maraqlı çıxışları ilə izləyicilər qarşısına çıxıblar.
Yerli və əcnəbi gimnastların təqdim etdikləri biri-birindən zövqlü çıxış proqramları onlara dəstək olmaq üçün gələn tamaşaçılara maraqlı və xoş anlar yaşadıb.
Çoxnövçülükdə gənclər arasında Bakı Gimnastika Məktəbinin yetirməsi Nuray Əhmədzadə öz qələbəsini bayram edib. Sonrakı pillələrdə isə "Ocaq Sport” klubunun təmsilçiləri Şəms Ağahüseynova və Fidan Aladinova yer alıb. Gənc gimnastlarımız müvafiq olaraq 2-ci və 3-cü yerdə qərarlaşıblar.
Böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlarımız da öz çıxışlarını yüksək peşəkarlıqla təqdim ediblər. Qızlarımız xalça üzərində hakimlərin rəğbətini qazanmaq üçün qüsursuz çıxışlar nümayiş etdirməyə çalışıblar. Yekun nəticədə çoxnövçülük üzrə Azərbaycan çempionu adını millimizin təcrübəli gimnastı, "Ocaq Sport” klubunun yetirməsi Zöhrə Ağamirova qazanıb. Eyni klubun təmsilçiləri Alina Gözəlova və İlona Zeynalova müvafiq olaraq fəxri kürsünün ikinci və üçüncü pilləsində yer alıblar.
Hər iki yaş qrupunda fərdi gimnastlar arasında, həmçinin ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) də qaliblər müəyyənləşib.