XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Ülvi Quliyev yenidən Azərbaycan Karate Federasiyaları Asossiasiyasının prezidenti seçildi
İdman 16:48 / 08.02.2023

Azərbaycan Karate Federasiyaları Asossiasiyasında (AKFA) prezident seçkisi keçirilib. AKFA-danverilən məlumata görə, Milli Məclisin üzvü Ülvi Quliyev növbəti dəfə prezident vəsifəsinə seçilib.

Seçki Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Karate Federasiyaları Asossiasiyasının ümumi yığıncağında baş tutub.

AKFA-nın vitse-prezidenti postuna Füzuli Musayev, Rəhman Hətəmov, Fərid Əsgərov və Allahverdi Rüstəmov təyin olunublar. Yığıncaqda həmçinin Yaşar Bəşirov, Elçin Mehdizadə, Maarif Bağırov, Rəfael Bünyatov və Zöhrab Məmmədov təşkilatın idarə heyətinin üzvü seçiliblər.

Yığıncaqda çıxış edən Ülvi Quliyev qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Elnur Məmmədov asossiasiyanın yeni seçilən rəhbrəliyini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.


17951 oxunub

InvestAZ