XƏBƏR LENTİ
09 Fevral 2023
08 Fevral 2023
07 Fevral 2023
06 Fevral 2023
05 Fevral 2023
03 Fevral 2023
02 Fevral 2023



Qocaman mütəxəssisin 80 yaşı tamam olur
İdman 19:44 / 26.11.2022
Bu gün Azərbaycanın ilk cüdoçularından biri olan Əməkdar məşqçi Tərlan Həsənovun 80 yaşı tamam olur. Tərlan Əliheydər oğlu Həsənov 1942-ci il noyabrın 26-da Qazax şəhərində anadan olub. Azərbaycanın ilk cüdoçularından biri olan Tərlan Həsənov ömrünün böyük qismini ölkəmizdə idmanın təbliğinə və inkişafına sərf edib. Tərlan Həsənovun sambo və cüdo idman növləri üzrə ilk tanışlığı Belarusda hərbi xidmətdə olan zaman baş tutub.
Hərbi xidmətini başa vurduqdan sonra "Dinamo” İdman Cəmiyyətində sambo üzrə məşqlərə başlayıb. Dəfələrlə sambo üzrə Bakı və respublika çempionatlarının qalib və mükafatçısı olub.
1972-ci ildən bəri bu sahə üzrə məşqçi kimi çalışıb. O, həmin il "Lokomotiv” İdman Cəmiyyətində cüdo və sambo üzrə məşqçilik etməyə başlayıb.
1994-2017-ci illərdə 13 saylı OEUGİM-də məşqçi işləyib.
1998-ci ildə özünün şəxsi təşəbbüsü ilə "Kanokan-TT” Peşəkar Cüdo İdman Klubunu təsis edib. Hazırda həmin klubun rəhbəri və baş məşqçisi kimi çalışır.
2004-2010-cu illərdə "Məşəl” İK və "Neftçi İdman Klubu” İB-də məşqçi-müəllim işləyib.
2014-2020-ci illərdə "Judo Club 2012”nin baş məşqçi vəzifəsində işləyib. Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən olan Tərlan müəllim 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə əməkdar məşqçi adına layiq görülüb.
2019-cu ildə "Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adı, 2021-ci ildə Yaponiyanın "Gümüş Şüalı Gündoğar Ordeni, 2022-ci il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibəti ilə Azərbaycan cüdosunun inkişafında xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib.
T.Həsənov məşqçi işlədiyi müddət ərzində hazırladığı idmançılar SSRİ, Avropa və dünya çempionatlarında, IV İslam Həmrəyliyi Oyunlarında və Avropa kateqoriyalı bir sıra beynəlxalq turnirlərdə yüzlərlə müxtəlif əyarlı medallar qazanıblar. Onun yetirmələri arasında iki Olimpiya çempionunun şəxsi məşqçiləri, yüzə yaxın idman ustası, Yay Olimpiya Oyunlarının iştirakçıları, üç beynəlxalq dərəcəli hakim, iki Milli Qəhrəman, bir nəfər general-polkovnik və onlarla yüksək rütbəli zabitlər var.
Tərlan Həsənov cüdo üzrə məşqçi kimi ən uzun müddət fəaliyyət göstərən şəxslərdən biri olaraq idmanın bu növünün inkişafına əvəzsiz töhfələr verib.
Tərlan Həsənovu yubiley münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, xoş günlər və yeni peşəkar nailiyyətlər arzu edirik!

Azər Əlizadə
3564 oxunub

InvestAZ