XƏBƏR LENTİ
16 İyun 2019
15 İyun 2019
14 İyun 2019
13 İyun 2019



Çempionlar Liqasının qalibi hansi komanda olacaq?
"Barselona" (37.5%)
"Yuventus" (25%)
"Mançester Siti" (12.5%)
"Mançester Yunayted" (12.5%)
"Liverpul" (6.25%)
"Ayaks" (6.25%)
"Totenhem" (0%)
"Porto" (0%)
Tanınmış şairin yaradıcılıq gecəsi keçirilib
Mədəniyyət 12:07 / 03.05.2019


Bu günlərdə Neftçala rayonunun Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində tanınmış şair, publisist, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Qəşəm Nəcəfzadənin 60 illik yubileyi münasibəti ilə yaradıcılıq gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Həbulla Rəhimov şair Qəşəm Nəcəfzadənin yaradıcılığı haqqında qonaqlara ətraflı məlumat verib.
Sonra çıxış edən məktəbin ədəbiyyat müəllimi, gənc şair Elnur Uğur Qəşəm Nəcəfzadənin yaradıcılığının bədii xüsusiyyətlərindən danışıb.
Tədbirdə iştirak edən məktəbin şagirdləri Qəşəm Nəcəfzadənin vətənpərvərlik mövzusunda yazdığı şeirlərini səsləndiriblər. Şagirdlər həmçinin şairə müxtəlif suallar ünvanlayıblar. Şagirdlərin suallarını cavablandıran şair yeni kitablarını məktəbin kitabxanasına hədiyyə edib.
Sonra Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İmamverdi İsmayılov Qəşəm Nəcəfzadəni və onunla birgə gələn şairləri qəbul edib. Tanınmış şairi 60 illik yubiley münasibəti ilə təbrik edən İmamverdi İsmayılov onu fəxri fərmanla təltif edib.
Tədbir Neftçala Rayon Mərkəzləşdirilmiş Kitabxanada davam etdirilib. Tədbirdə Qəşəm Nəcəfzadənin yaradıcılığından bəhs edən film nümayiş olunub. Rayonun ziyalıları şair haqqında ürək sözlərini deyiblər. Fərhad Əzizbəyli, İmamverdi Zeynalov, Bədirə Niftaliyeva, Etibar Əbilov və başqaları Qəşəm Nəcəfzadənin yaradıcılığının bədii xüsusiyyətlərindən danışaraq, onun şeirlərini təhlil ediblər.
Sonra oxucular şairə müxtəlif suallar ünvanlayıblar. Oxucuların sualların cavablandıran şair, müasir əbədi prosesi haqqında onlara geniş məlumat verib.
Şair həmçinin tərcümə məsələlərinə də toxunaraq bunu ədəbiyyatımızın ən böyük bəlalarından biri adlandırıb. Əsərlərimizin xarici dillərə ləng tərcümə olunduğunu deyən şair, qeyd edib ki, bu məsələlərə çox ciddi yanaşmaq lazımdır.
Şair həmçinin ölkəmizdə və xarici ölkələrdə çıxan kitablarından, moderinizm, posmoderinizm, realizim cərəyanları haqqında geniş məlumat verib. Qəşəm Nəcəfzadə həmçinin, sərbəst şeir və heca vəzni haqqında danışaraq, bunların oxşar və fərqli cəhətləri barədə oxucuları məlumatlandırıb.
Sonra Qəşəm Nəcəfzadə ilə həmin tədbirə gedən şair dostları Xaliq Balabəyli, Nuranə Nur, Fərqanə Mehdiyeva və Xalq qəzetinin zona müxbiri İlqar Həsənov çıxış edərək şair haqqında ürək sözlərini söyləyiblər.
Azərbaycan Yazıçılar Birliyinin Salyan rayon şöbəsinin müdiri Nəbi İbrahimov Qəşəm Nəcəfzadənin yaradıcılığından danışaraq, şairin bahar günündə Neftçala rayonuna gəlməsini onlar üçün poeziya bayramı olmasını qeyd edib.

1659 oxunub

InvestAZ