XƏBƏR LENTİ
09 May 2024
08 May 2024
07 May 2024
06 May 2024



UEFA Avropa çempionatı üçün püşkatmanın detallarını açıqladı
İdman 16:14 / 21.09.2022
UEFA 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatması ilə bağlı detalları açıqlayıb. Almaniya AVRO-2024-ə ev sahibliyi edəcəyi üçün, Rusiya isə Ukraynaya hərbi müdaxilə səbəbindən püşkatmada iştirak etməyəcək.
İştirakçı ölkələr hərəsində 5 komanda olan 7 və hərəsində 6 kollektiv olan 3 qrupa bölünəcək. 10 qrup qalibi və eyni sayda qrup ikincisi final mərhələsinə yüksələcək.
Qalan 3 vəsiqənin sahibi isə 2024-cü ilin martında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək.
Azərbaycan və Ermənistan, Belarus və Ukrayna, Cəbəllütariq və İspaniya, Bosniya və Herseqovina ilə Kosovo, həmçinin Serbiya və Kosovo yığmaları siyasi məsələlərə görə eyni qrupa düşməyəcəklər.
Qeyd edək ki, oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

15075 oxunub

InvestAZ