XƏBƏR LENTİ
19 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024



Gimnastımız Dünya Kubokunda iştirak edəcək
İdman 22:09 / 07.05.2024

Azərbaycanın bədii gimnastı İlona Zeynalova Portuqaliyanın Portimao şəhərində keçiriləcək "Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcək.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, fərdi proqramda çıxış edəcək idmançı məşqçi Yevgeniya Vilyayevanın rəhbərliyi altında mübarizə aparacaq.

Turnirdə azərbaycanlı hakimlərdən ədaləti Aleksandra Reyş qoruyacaq.

"Challenge” seriyasına aid Dünya Kuboku mayın 10-12-də baş tutacaq.


1176 oxunub

InvestAZ