XƏBƏR LENTİ
19 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024



La Liqa kuboku Madriddə qalacaq
İdman 20:38 / 07.05.2024

Madrid "Real”ı 2023/24 mövsümündə İspaniya La Liqanın qalibi olduğu üçün kuboku öz klub bazasında aparacaq.

AS nəşrinin məlumatına görə, kubokun təqdimat mərasimi bazar günü, mayın 12-də keçiriləcək. İspaniya Kral Futbol Federasiyası (RFEF) tədbirin bağlı qapılar arxasında keçiriləcəyi barədə "Real"ı əvvəlcədən xəbərdar edib.

Qeyd edək ki, bundan əvvəl kubokun La Liqanın 35-ci turu çərçivəsində "Qranada” ilə səfər oyunundan sonra təqdim olunması nəzərdə tutulurdu. Lakin Madrid klubu bu təklifə qarşı çıxıb. Səbəb isə rəqiblərin elit diviziondakı yerini qorumaq şanslarını itirdiyi halda, azarkeşlərin hər hansı bir narahatlıq yaratması ilə bağlıdır.


1127 oxunub

InvestAZ