XƏBƏR LENTİ
19 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024



Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək
İdman 10:40 / 07.05.2024

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Günün yeganə qarşılaşmasında "Sabah” və "Xırdalan” komandaları qarşılaşacaq. "Sərhədçi” İdman Mərkəzində oynanılacaq görüş saat 19:30-da başlayacaq.

Yarımfinal seriyasında 2 qələbəyə ən tez çatan tərəf finala vəsiqə qazanacaq.

Qeyd edək ki, yarımfinalın digər matçı mayın 8-də NTD-İndiqo və "Xəzri” arasında keçiriləcək.


916 oxunub

InvestAZ