XƏBƏR LENTİ
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Daha bir cüdoçumuz Tokio-2020 ilə vidalaşdı
İdman 09:33 / 29.07.2021
Tokio-2020-də cüdo yarışları davam edir. Bu gün daha bir cüdoçumuz tatami üzərinə çıxıb. 100 kq çəki dərəcəsində ölkəmizi Zelim Kotsoyev təmsil edib. Gənc cüdoçumuz mübarizəyə 1/16 finaldan başlayıb. Idmançımızın rəqibi fransalı Aleksandr İddir olub. Zelim Kotsoyev görüşdə qalib gələrək adını 1/8 finala yazdırıb. Cüdoçumuzun bu mərhələdəki rəqibi kanadalı Şadi Elhanas olub. Təəssüf ki, Z.Kotsoyev bu görüşdə məğlub olaraq Tokio-2020 ilə vidalaşıb.
Beləliklə, Tokio-2020-yə yollanan 9 cüdoçumuzdan 7-si Olimpiadanı medalsız başa vurub.

35733 oxunub

InvestAZ