XƏBƏR LENTİ
13 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



«Olimpiya andı»nda dəyişiklilər olub
İdman 17:29 / 15.07.2021
Olimpiya andının mətni dəyişdirilib. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio-2020 Yay Olimpiya Oyunları ərəfəsində dəyişiklikləri zəruri sayıb.
Açılış mərasimində idmançılar, hakimlər və məşqçilərin andiçməsi olacaq. 2018-ci ilədək bu üç kateqoriyanın hər biri ayrı-ayrılıqda and içirdi. Pxençxan-2018-də andın mətni birləşdirilib.
Tokio-2020-dəki andiçmədə 3 deyil, 6 nəfər iştirak edəcək. İki idmançı, iki hakim və iki məşqçidən hər bir kateqoriya üzrə kişi və qadın olacaq. Bu? gender bərabərliyi üçün atılan addımdır.
Andın mətninə bərabərlik və diskriminasiya ilə mübarizə də əlavə olunub: "Biz söz veririk ki, bu Olimpiya Oyunlarında iştirak zamanı ədalətli oyun qaydalarına, bərabərliyə hörmət və riayət edəcəyik. Biz birlikdə həmrəyik və öhdəlik götürürük ki, idmanla dopinq, fırıldaq, diskriminasiya olmadan məşğul olacağıq. Biz bunu komandalarımızın şərəfi, olimpizmin fundamental prinsiplərə hörmət əlaməti olaraq edirik ki, dünya idmanın köməyi ilə daha yaxşı olsun”.

33028 oxunub

InvestAZ