XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Bu gün AVRO-2020-də dörd oyun keçiriləcək
İdman 15:33 / 21.06.2021
Bu gün AVRO-2020-də qrup mərhələsinin üçüncü turunun daha dörd oyunu təşkil olunacaq. Oyunlar B və C qruplarında baş tutacaq. C qrupunda olan hər iki oyun saat 20:00-da, B qrupundakı qarşılaşmalar isə saat 23:00-da start görürəcək.

C qrupuna liderlik edən Niderland millisi turnirin debütantı olan Şimali Makedoniya ilə qarşılaşacaq. Pley-offa lisenziyanı ötən tur təmin edən narıncılar qələbə qazanmaqla qrup qalibi olmağa çalışacaqlar. İki turdan sonra xalı olmayan Şimali Makedoniya isə qrup sonuncusudur. "Yoxan Kroyff” stadionunda baş tutan görüşü Türkiyə FİFA referisi Cüneyt Çakır idarə edəcək.

Bu qurupun digər matçında Ukrayna və Avstriya milliləri pley-offa vəsiqə uğrunda mübarizə aparacaqlar. Oyun Buxarestdə "Milli Arena”da təşkil olunacaq. Avstraliyalılar bu matçda mütləq rəqibinə qalib gəlməlidir, heç-heçə Ukrayna seçməsini pley-off mərhələsinə çıxaracaq.

B qrupunun oyununda isə Finlandiya seçməsi pley-offa vəsiqəni təmin edən Belçika yığması ilə qarşılaşcaq. "Sankt-Peterburq Arena”da keçiriləcək oyun 23:00-da strat götürəcək. Kopenhagendəki "Parken” stadionunda isə Rusiya isə Danimarka millisi ilə üz-üzə gələcək. Bu oyun da saat 23:00-da başlayacaq. Qrupa iki turdan sonra aktivində 6 xalı olan Belçika millisi başçılıq edir. Hərəyə 3 xalı olan Rusiya və Finlandiya seçmələri 2-ci və 3-cü yerləri bölüşürlər. Danimarka isə 0 xalla dördüncü pillədə yer alıb.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

15761 oxunub

InvestAZ