XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



“Neftçi”dən növbəti transfer
İdman 14:00 / 20.06.2021
Azərbaycan futbolunun flaqmanı sayılan "Neftçi” yeni transferini həyata keçirib. "Ağ-qaralar” San-Tome və Prinsipi Demokratik Respublikasından olan Harramiz Quita Ferreyra Soaresi heyətinə qatıb. Cinah yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. 30 yaşlı futbolçu yeni komandasında 11 nömrəli forma altında çıxış edəcək. Harramiz Portuqaliyanın "O Elvas” (2009-2010), "Aljustrelense” (2010-2011), "Uniao Montemor” (2011-2013), "Benfika B” (2013-2014), "Farense” (2014-2016), "Kovilya” (2016-2017), "Akademika” (2017-2018), "Tondela” (2018), "Mafra” (2018-2019), "Leyşoynş” (2019-2020) və "Eştoril” (2021) klublarında çıxış edib. Son mövsüm 23 oyunda 4 qol vurduğu "Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. Harramiz 2015-ci ildən San-Tome və Prinsipi milli komandasında 15 oyun keçirib, 2 qola imza atıb. Qeyd edək ki, "Neftçi” bundan əvvəl paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini də transfer etmişdi.
24080 oxunub

InvestAZ