XƏBƏR LENTİ
02 Avqust 2021
31 İyul 2021
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021



“Roland Garros”da çempion müəyyənləşdi
İdman 11:42 / 14.06.2021
Fransanın paytaxtı Parisdə keçirilən tennis üzrə Roland Garros turnirinə yekun vurulub. Serbiyalı Novak Cokoviç dramatik məcrada keçən görüşdə Yunanıstan tennisçisi Stefanos Tsitsipas üzərində qələbə qazanıb. Bununla da N.Cokoviç ikinci dəfə Roland Garros turnirinin qalibi olub. Beləliklə, serbiyalı tennisçi "Böyük dəbilqə” seriyasından olan dörd turnirin hər birində azı iki dəfə qələbə qazanan ilk tennisçi kimi tarixə düşüb. "Böyük dəbilqə”nin 20 qat qalibi Roje Federer isə turniri yarımçıq dayandırıb. İsveçrəli raket ustası bunu uzun sürən görüşlərə hələ hazır olmadığı və Uimbildon (Britaniya açıq çempionatı) turnirinə hazırlaşmalı olduğu ilə əsaslandırıb.
1778 oxunub

InvestAZ