XƏBƏR LENTİ
11 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Qrossmeysterimiz ilk “üçlük”də yer alır
İdman 11:41 / 10.06.2021
"Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin beşinci turunun oyunları keçirilib.
Rumıniyada keçirilən turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniya təmsilçisi Konstantin Lupuleskunu məğlub edərək, ilk qələbəsini qazanıb.
Teymur Rəcəbov isə Aleksandr Qrişuk (Rusiya) ilə heç-heçə edib.
Turun digər oyunlarında ABŞ təmsilçisi Fabiano Karuana niderlandlı Aniş Qiri, onun həmyerlisi Uesli So Rumıniyanın digər şahmatçısı Boqdan-Daniel Dyak, fransalı Maksim Vaşye-Laqrav erməni Levon Aronyan ilə heç-heçə ediblər.
Qeyd edək ki, Ş.Məmmədyarov 3 xalla turnir cədvəlində U.So və A.Qrişuk ilə birgə ilk üç yeri bölüşür. Ondan yarım xal geri qalan T.Rəcəbov isə 6-cı sıradadır.
Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

44061 oxunub

InvestAZ