XƏBƏR LENTİ
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026



Millimiz Monteneqroya məğlub oldu
İdman 13:51 / 15.05.2021
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız Avropa çempionatının seçmə mərhələsində Monteneqro ilə qarşılaşıb. Baş məşqçi əvəzi Pərviz Səmədovun yetirmələri II dövrəyə məğlubiyyətlə başlayıb. Dövrəyə ev sahibliyi edən balkanlılar dörd setin yekununda qələbə qazanıb.
IV turdakı bu məğlubiyyət yığmamızın AVRO-2021 xəyalının üstündən xətt çəkib. Qrupda 3-cü məğlubiyyəti alan milli ilk iki yerdən birini tutmağa nəzəri şanslarını da itirib.
Qeyd edək ki, final mərhələsinə qrup qalibləri və ən yaxşı nəticəyə malik beş 2-ci yer sahibi yüksələcək.

34474 oxunub

InvestAZ