XƏBƏR LENTİ
24 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



“Mançester Siti” tarixində ilk dəfə olaraq Çempionlar Liqasının finalına yüksəlib
İdman 10:02 / 05.05.2021
Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk finalçısının adına aydınlıq gəlib. Bu İngiltərənin "Mançester Siti klubudur. "Şəhərlilər” doğma meydanda Fransanın PSJ klubuna 2:0 hesabı ilə qalib gəlməklə bu hüquqa yiyələniblər. Oyunda hesab 11-ci dəqiqədə açılıb. Riyad Mahrez komandasının vacib qoluna imza atıb.
Fasilədən sonra Mançester təmsilçisi rəqibin qapısına ikinci dəfə yol tapıb. Filip Fodenin cinah ötürməsindən sonra Riyad Mahrez dublunu rəsmiləşdirib.
Matçın 69-cu dəqiqəsində oyunun baş hakimi niderlandlı Byörn Kuypers diqqət mərkəzində olub. Belə ki, referi "Paris Sen-Jermen” klubunun futbolçusu Anxel Di Mariyaya birbaşa qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb.
Bu qələbə sayəsində Pep Qvardiolanin yetirmələri qitənin ən nüfuzlu klub turnirinin finalına yüksəlib.
Xatırladaq ki, bu komandaların arasında Parisdə keçirilmiş ilk görüşdə "Mançester Siti” qalib gəlmişdi - 2:1.
Qeyd edək ki, mərhələnin digər oyunu mayın 5-də "Çelsi” ilə "Real Madrid” klubları arasında oynanılacaq. Bu komandaların Madriddə keçirilən görüşü heç-heçə başa çatıb – 1:1.

30969 oxunub

InvestAZ