XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: Bu gün ilk finalçının adına aydınlıq gələcək
İdman 15:11 / 04.05.2021
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
Turnirin ilk finalçısı İngiltərədə müəyyənləşəcək. "Mançester Siti” Fransada 2:1 hesabı ilə məğlub etdiyi PSJ-ni qəbul edəcək. Niderlandlı Byörn Kuypersin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. "Şəhərlilər”i mərhələ adlamaq üçün qələbədən savayı, istənilən heç-heçə, hətta 0:1 hesablı məğlubiyyət də qane edəcək.
Cavab görüşü öncəsi meydan sahiblərində Joao Kanselo, qonaqlarda isə Kilyan Mbappe ilə Kolin Daqbanın meydana çıxması sual altındadır. Həmçinin Paris təmsilçisinin heyətində ilk matçda qırmızı vərəqə görən yarımmüdafiəçi İdrissa Geye oyunu buraxacaq.
Mərhələnin digər oyunu mayın 5-də "Çelsi” ilə "Real Madrid” klubları arasında oynanılacaq. Bu komandaların Madriddə keçirilən görüşü heç-heçə başa çatıb – 1:1.

44778 oxunub

InvestAZ