XƏBƏR LENTİ
16 Noyabr 2025
15 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025



Tennisçi geyimlərini hərraca çıxarır
İdman 12:00 / 30.04.2021
İsveçrəli tennisçi Roje Federerin xeyriyyə fondu "Kristis” hərrac evi ilə birgə hərrac təşkil edəcək. Müştərilər R.Federerin 20 tituluna həsr olunan 20 ən prestijli satış uğrunda mübarizə aparacaqlar. Hərracın ümumi məbləği 3 mindən 70 min funt sterlinq arasında müəyyən edilib. Belə ki, məsələn, satışa çıxarılanlar arasına tennisçinin Uimbldon-2007 yarışının qalibi olarkən geyindiyi forma yer alıb. Dəstin ilkin qiyməti 30-50 min funt sterlinq məbləğində dəyərləndirilib. Həmçinin R.Federerin 2009-cu ildə "Rolan Qarros” yarışında geyindiyi və qalib gəldiyi forması 50-70 min funt sterlinq, 2012-ci ildə keçirilən Uimbldon turnirində qalib geyimi isə 40-60 min funt sterlinq məbləğində qiymətləndirilib.
Mərasim iyunun 23-də Londonda keçiriləcək.
Həmçinin qeyd edək ki, iyunun 23-dən iyulun 13-14-dək onlayn-hərac təşkil olunacaq. Hərracdan 100 funt sterlinqdən başlayaraq 300 satış nümayiş olunacaq.

29961 oxunub

InvestAZ