XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Tomas Bax növbəti seçkilərdə prezidentliyə yeganə namizəddir
Olimpiya Hərəkatı 11:48 / 02.12.2020
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax qarşıdakı seçkilərdə təşkilatın prezidentliyinə yeganə namizəddir. Bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb. T.Bax 1991-ci ildə 37 yaşında BOK-a üzv seçilib. 1996-2000-ci illərdə BOK İcraiyyə Komitəsinin üzvü olan T.Bax 2000-2004-cü illərdə BOK-un vitse-prezidenti vəzifəsinə təyin olunub. Almaniyalı mütəxəssis 2006-cı ildə yenidən vitse-prezident vəzifəsinə seçilib.

2013-cü il sentyabrın 10-da T.Bax BOK-a prezident seçkilərində qalib gəlib. Beləliklə, tarixdə ilk alman və komitəyə rəhbərlik edən ilk Olimpiya çempionu kimi tarixə düşüb.

81743 oxunub

InvestAZ