XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



“İstedadların seçimi” turnirinin I turu başa çatıb
İdman 10:49 / 09.02.2026
Sumqayıt Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında "İstedadların seçimi” turnirinin I turuna yekun vurulub.
Turnirdə 71 klub və idman cəmiyyətindən 285 idmançı (244 oğlan, 41 qız) qüvvəsini sınayıb. "İstedadların seçimi” yarışının keçirilməsində əsas məqsəd yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.
1921 oxunub

InvestAZ