XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Stolüstü tennisçilər İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar
İdman 11:58 / 29.10.2025
Stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər. Seçmə komandamız sayca 6-cı yarışa 6 idmançı ilə qatılacaq. Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcək. Komandamız bugünlərdə "Şüa İdman Kompleksi”ndə təlim-məşq toplanışındadır. İdmançılarımız noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcəklər. Qeyd edək ki, stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.

9907 oxunub

InvestAZ