XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Karateçilərimiz Polşada 8 medal qazanıblar
İdman 15:50 / 27.10.2025
Azərbaycan karateçiləri Polşanın Bedzin şəhərində keçirilən 32-ci "SKDUN Shotokan Karate" üzrə dünya çempionatı və 17-ci Dünya Kubokunda 8 medal qazanıblar.
Olimpnews.az Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, müxtəlif yaş və çəki dərəcələrində mübarizə aparan təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc mükafat əldə ediblər.
Dünya çempionatında Cəlal Şükürov (10–11 yaş, 40 kq) və Mehdi Abdullayev (10–11 yaş, +40 kq) 1-ci, Alişan Əzizov (18–20 yaş, 70 kq), Ələddin Əzizov (55–59 yaş, Veteran Open) 2-ci, Zəki Cəfərzadə (18–20 yaş, +80 kq), Heydər Feyziyev (12–13 yaş, 58 kq) üçüncü yeri tutub. Dünya Kubokunda isə Zaman Musayev (7–9 yaş, 30 kq) və Murad Bayramov (7–9 yaş, 30 kq) bürünc medal qazanıblar.
9878 oxunub

InvestAZ