XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Çempionlar Liqası: Liqa mərhələsində III tura yekun vuruldu
İdman 08:10 / 23.10.2025

Futbol UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turuna yekun vurulub. Turun son oyun günündə daha 9 qarşılaşma təşkil olunub. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ” İspaniya səfərində Bilbao "Atletik”inin qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Eyni saatda keçirilən "Qalatasaray” - "Budyo Qlimt" (Norveç) oyununda da 3:1 hesablı nəticə qeydə alınıb. İstanbul təmsilçisi doğma divarlar arasında qələbə qazanaraq rəqibini əliboş yola salıb. "Qarabağ”ın digər rəqiblərinin - "Çelsi" və "Ayaks" komandalarının mübarizəsində London təmsilçisi 5:1 hesablı qələbəyə sevinib. Ağdam təmsilçisinin digər rəqibi İngiltərə "Liverpul"u isə Almaniyada "Ayntraxt"ı darmadağın edib -1:5. Günün maraqla gözlənilən digər oyununda Madrid "Real”ı İtalyanın "Yuventus” klubunu minimal hesabla məğlub edib -1:0. Almaniya nəhəngi "Bavariya" doğma meydanda Belçikanın "Brügge" klubunu 4:0 hesabı ilə məğlub edib. Portuqaliyanın "Sportinq” komandası isə Fransanın "Marsel” klubuna minimal hesabla qalib gəlib. "Atalanta" (İtaliya) - "Slaviya" (Çexiya) və "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə) oyunlarında isə qapılara top vurulmayıb.


10483 oxunub

InvestAZ