XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti sınağına çıxacaq
İdman 10:09 / 22.10.2025
Futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü turun oyunları davam edir.
Qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçimiz "Qarabağ” da bu gün növbəti oyununa çıxacaq. Ağdam təmsilçisi İspaniyada Bilbao "Atletik”inin qonağı olacaq. "San Mames” stadionunda keçiriləcək oyuna saat 20:45-də start veriləcək. Oyunu xorvatiyalı hakim İqor Payaç idarə edəcək.
Avropada növbəti sınağına çıxan Qurban Qurbanovun komandası ilk turda Portuqaliyada "Benfika”nı 3:2, Bakıda isə Danimarkanın "Kopenhagen” klubunu 2:0 hesabı ilə məğlub edib. Hazırda aktivində 6 xalı olan "Köhlən atlar” 10-cu pillədə qərarlaşıb. Bilbao təmsilçisi isə ilk turda İspaniyada "Arsenal”a 0:2, ikinci turda isə Almaniyada "Borussiya Dortmund”a 4:1 hesabı ilə məğlub olub. Hazırda aktivində xal olmayan "basklar” 36 komanda arasında 35-cidir.
11078 oxunub

InvestAZ