XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



86 illik tarixində ən böyük nailiyyət 
İdman 17:42 / 21.10.2025

Futbol üzrə İsveç çempionatının qalibi müəyyənləşib.

"Mölbi" klubu tarixində ilk dəfə olaraq İsveç çempionu adını qazanıb. 27-ci turda "Göteborq" klubuna səfərdə 0-2 hesabı ilə qalib gələn "Mölbi" çempionatın başa çatmasına üç tur qalmış çempionluğunu rəsmiləşdirib. Aktivində 66 xalı olan "Mölbi" ən yaxın izləyicisi "Hammbari" komandasını 11 xal qabaqlayıb. Bu titul Hallevik adlı təxminən 1000 nəfərin yaşadığı kiçik bir qəsəbə klubunun 86 illik tarixindəki ən böyük nailiyyətidir.

Tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edəcək "Mölbi" 2026-2027-ci illər mövsümündə ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.


9776 oxunub

InvestAZ