XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Azərkosmos və AMADA-nın tərəfdaşlığı əsasında təlim keçirilib
İdman 14:08 / 16.10.2025
Ümumdünya Kosmos Həftəsi 2025 çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) tərəfdaşlığı əsasında, Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə "Kosmik super insan: gücləndirmə və fiziki hazırlıq” təlimi həyata keçirilib.

AMADA-dan Olimpnews.az-a verilən məlumata görə, təlim kosmosda yaşamaq və fəaliyyət göstərmək üçün insan bədəninin fiziki və psixoloji dözümlülüyünün artırılması, həmçinin astronavtların və idmançıların tətbiq etdiyi gücləndirmə və hazırlıq metodları haqqında ictimaiyyəti maarifləndirmək məqsədi daşıyıb.

AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə ekstremal şəraitdə insan bədəni, performans və davamlılığı artırmaq üçün strategiyalar, insanın inkişafında etik prinsiplər kimi mövzulara toxunub, həmçinin iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, Ümumdünya Kosmos Həftəsinin builki mövzusu "Kosmosda yaşam” adı ilə müəyyən olunub və həftə çərçivəsində baş tutan tədbirlər insanların kosmosda yaşaması, işləməsi, uyğunlaşması istiqamətində maarifləndirməni gücləndirməyi hədəfləyib.


8919 oxunub

InvestAZ