XƏBƏR LENTİ
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



Avropa çempionatında gümüş medal qazanan Azərbaycan şahmatçıları təltif olunublar
İdman 11:39 / 15.10.2025

Azərbaycan şahmatçıları Eltac Səfərli və Gülnar Məmmədova Gürcüstanın Batumi şəhərində təşkil edilən komandalar arasında Avropa çempionatında öz lövhələrində fərqləndiklərinə görə təltif olunublar.

Eltac Səfərli üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medala layiq görülüb.

Şahmatçı 3 qələbə və 4 heç-heçə sayəsində bütün həmkarlarını qabaqlayıb.

Gülnar Məmmədova isə dördüncü lövhədə üçüncü yeri tutub. 8 turda 6 qələbə qazanan şahmatçıya bağlanış mərasimində bürünc medal təqdim olunub.

Tədbirdə Avropa çempionatında ikinci yeri tutan kişi şahmatçılardan ibarət Azərbaycan komandasının üzvlərinə gümüş medal, diplom və kubok verilib.

Qeyd edək ki, mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təqdim edib.


4837 oxunub

InvestAZ