XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Meksikada Qran-pri turnirində iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib
İdman 14:33 / 10.10.2025

Oktyabrın 17-19-da Meksikanın Qvadalahara şəhərində keçiriləcək Qran-pri turnirində iştirak edəcək Azərbaycan cüdoçularının adına aydınlıq gəlib.

Yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu mübarizə aparacaq.

Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Vüsal Qələndərzadə, Zelim Tçkayev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.

Üç gün davam edəcək turnirdə 35 ölkədən 248 idmançı (154 kişi, 96 qadın) iştirak edəcək.


9788 oxunub

InvestAZ