XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Ağacan Abıyev AOA-nın xüsusi mükafatı ilə təltif edilib
İdman 20:26 / 09.10.2025
Oktyabrın 6-dan 10-na kimi Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa Olimpiya Akademiyasının (AOA) VII konqresi keçirilib.

Olimpiyadunyasi.com xəbər verir ki, konqresdə Milli Olimpiya Komitəsinin (MOK) ümumi şöbəsinin müdiri, Azərbaycan Milli Olimpiya Akademiyasının elmi katibi Camaləddin Rəhmanov iştirak edib.

Konqresin sessiyalarında Olimpiya təhsili, qadın idmanında gender bərabərliyi və iştirak hüququ, Olimpiya dəyərlərinin qorunması və təbliği, Avropa Olimpiya Akademiyasının (AOA) hesabatı və digər məsələlər müzakirə edilib. Həmçinin birgə işçi sessiyaları və AOA Flame Mükafatının təqdimat mərasimi keçirilib.

Olimpiya Təhsili və mədəniyyət məsələlərinin müzakirəsi prosesində Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) layihəsinin yaradıcısı, MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimovun fəaliyyətindən danışılıb, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konqresin sonuncu günündə Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti Ağacan Abıyev AOA-nın xüsusi mükafatı ilə təltif olunub.

10608 oxunub

InvestAZ