XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



"Sağlam həyat" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib
İdman 23:40 / 07.10.2025

Lənkəran şəhər Akademik Zərifə Əliyeva küçəsində yerləşən "Sağlam məhəllə” idman zonasının istifadəyə verildiyi gündən 2 il ötüb. Bu münasibətilə burada Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində "Sağlam həyat" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib.

Tədbirdə çıxışında əhalini idmanla mütəmadi şəkildə məşğul olmağa və kütləvi idman tədbirlərində fəal iştirak etməyə çağıran Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Yusif Xamiyev daha sonra bildirib ki, idmanın inkişafı cəmiyyətin sağlam gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. "Ölkəmizdə idmanın yüksək səviyyədə inkişafına Prezident cənab İlham Əliyev daim böyük diqqət və qayğı göstərir.

Təşkilində əsas məqsəd əhali arasında idmanın təbliği, ona marağın artırılması, fiziki inkişafa, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili olan tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və idarənin nəzdində Lənkəran şəhər Uşaq Gənclər İdman Məktəbinin kollektivi, Lənkəran şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbin kollektivi, Azərbaycan Həndbol Federasiyasının Region nümayəndəliyi, "Lənkəran” İdman klubunun kollektivi, Lənkəran Gənclər Evinin kollektivi və rayon sakinləri iştirak ediblər.

"Sağlam həyat" layihəsi çərçivəsində gimnastika, boks, atletika, stolüstü tennis, cüdo, kyokuşin karate, basketbol, həndbol, futbol, kəndirlə mübarizə idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.


10796 oxunub

InvestAZ