XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



III MDB Oyunları: Avarçəkmə yarışlarına yekun vuruldu
İdman 18:10 / 06.10.2025
III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarına yekun vurulub.
Mingəçevir şəhərində yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışların ikinci günündə avarçəkənlərimiz mükafatçılar sırasında yer ala bilməyiblər. Beləliklə, komandamız Oyunları ilk yarış günündə qazandığı 4 medalla başa vurub.
Qeyd edək ki, komandamızın heyətində Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafədə gümüş medala sahib olub. Digər idmançımız Amil Ramazanov isə iki bürünc medala layiq görülüb. O, birnəfərlik kayak qayığında 200 və 500 metr məsafədə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında üçüncü yer tutub. İkinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanskiy-Hüseyn Həsənov dueti üçüncü yerlə kifayətlənib.


11130 oxunub

InvestAZ