XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Amil Ramazanov: “İnanıram ki, gələcəkdə daha böyük uğurlar qazanacağam”
İdman 22:56 / 05.10.2025
"Ölkəmizdə ilk dəfə təşkil olunan III MDB Oyunlarının mükafatçıları arasında olmaq qürurverici hisdir”.
Bu sözləri Olimpiyadunyasi.com-a müsahibəsində bu gün III MDB Oyunlarında bürünc medal qazanan Azərbaycan avarçəkəni Amil Ramazanov bildirib.
2007-2008-ci il təvəllüdlü idmançılar arasında 200 və 500 metr məsafəyə birnəfərlik kayak qayığında bürünc medal qazanan idmançımız yarışda rəqabətin yüksək olduğunu qeyd edib.
"Bu yarış mənim üçün ən gərgin sınaqlardan biri idi. Buna görə də yarışlara yüksək səviyyədə hazırlaşmışdım. Güclü rəqiblərə baxmayaraq, mükafatçılar sırasında yer almağı bacardım. Əvvəllər də beynəlxalq reqataların qalib və mükafatçısı olmuşam və bu təcrübə mənim üçün böyük dəstək oldu. İnanıram ki, gələcəkdə daha böyük uğurlar qazanacağam. Üzərimdə əziyyəti olan məşqçilərimə və federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm”, - deyə Amil Ramazanov bildirib.


10261 oxunub

InvestAZ