XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Əlimurad Hacızadə: "Gümüş medal qazanaraq Azərbaycanın medal sayına öz töhfəmi verdim"
İdman 20:23 / 05.10.2025
"Azərbaycanda keçirilən III MDB Oyunlarına mütəmadi olaraq hazırlıqlar keçirdik. Gərgin məşqlər sayəsində bu gün keçirilən yarışda mükafatçılar sırasında yer aldım".
Bu sözləri Olimpiyadunyasi.com-a müsahibəsində III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında gümüş medal qazanan Əlimurad Hacızadə deyib.
2009-2010-cu illər təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafədə fəxri kürsünün ikinci pilləsində yer alan idmançımız özündən həmişə ən yüksək nəticəni gözlədiyini və ən yaxşı olmağa çalışdığını bildirib.
"Hədəfim qızıl medal qazanmaq idi. Amma bu, idmandır. Əsas odur ki, ölkəmizdə keçirilən yarışlarda gümüş medal qazanaraq, Azərbaycanın medal sayına öz töhfəmi verdim. Sabah kayak qayığında min metr məsafəyə yarışlarda mübarizə aparacağam. İnanıram ki, həmin yarışda da uğurla çıxış edərək, yenidən avarçəkmə həvəskarlarını sevindirəcəyəm", - deyə Əlimurad Hacızadə bildirib.

9282 oxunub

InvestAZ