XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



III MDB Oyunları: Avarçəkənlərimiz ilk yarış gününü 4 medalla başa vurdular
İdman 17:33 / 05.10.2025
III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarının ilk gününə yekun vurulub.

Kür Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışların ilk günündə avarçəkənlərimiz bir gümüş və üç bürünc medal qazanıblar. Günün birinci yarısında təmsilçilərimizdən Amil Ramazanov birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olub. İkinəfərlik kayak qayığında isə 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti bürünc medalla kifayətlənib.

Günün ikinci yarısında komandamız daha iki medala sahib çıxıb. Əvvəlcə Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsadə gümüş medala layiq görülüb. Günün son medalını isə komandamızın aktivinə Amil Ramazanov yazdırb. O, birnəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda finiş xəttini üçüncü keçib.

Yarışlardan sonra ilk günün qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə qaliblərə medalları Gənclər və İdman naziri Fərid Qayıbov, federasiya rəsmiləri və xarici federasiyaların nümayəndələri təqdim ediblər.

10320 oxunub

InvestAZ