XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Gülşən Hüseynova: "Bu medal mənim üçün çox dəyərlidir"
İdman 17:45 / 04.10.2025
Azərbaycana III MDB Oyunlarının  cüdo yarışlarında ilk qızıl medalı qazandırdığım üçün çox sevinirəm. 
Bu sözləri Olimpiyadunyasi.com-a müsahibəsində Azərbaycanda keçirilən III MDB Oyunlarının cüdo yarışlarının ilk qızıl medalçısı Gülşən Hüseynova -(44 kq) deyib. 
Finalda rusiyalı idmançıya 35 saniyəyə ipponla qalib gələn idmançı yarışın onun üçün heç də asan keçmədiyini bildirib. 
"Oyunlara yüksək səviyyədə hazırlaşmışdım. Bunun üçün də özümdən çempionluq gözləyirdim. Doğma azarkeşlər önündə yarışmaq məsuliyyətlidir. Buna baxmayaraq finalda qalib gələrək, Azərbaycana ilk qızıl medalı qazandırdım. Həlledici görüşdə rəqib rusiyalı idmançı idi. Lakin məşqçilərimiz rəqibin mənfi və müsbət cəhətlərini dəqiq müəyyənləşdirmişdi. Yekunda rəqibimə 35 saniyəyə ipponla qalib gəldim. Bu medal mənim üçün çox dəyərlidir", - deyə Gülşən Hüseynova bildirib. 
10929 oxunub

InvestAZ