İdman 12:58 / 04.10.2025
Azərbaycan millisi III MDB Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışlarında növbəti medalını qazanıb. Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət şpaqa millimiz bürünc medala yiyələnib.Komandamız yarımfinalda Özbəkistan millisinə45:37 hesabı ilə məğlub olub və üçüncü yerlə kifayətlənib.