XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Fiqurlu konkisürənimiz Olimpiya rekordunu yeniləyib
İdman 12:35 / 04.10.2025

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən Arina Kaluqina son Olimpiya rekordunu yeniləyib.

Bu barədəAzərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İdmançı buna Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən "Denis Ten Memorial Challenger" seriyalı yarışda nail olub.

Fiqurlu konkisürən +2.91 xal toplayaraq "dördlü salxov" üzrə son Olimpiya rekordunu yeniləyib.

O, sərbəst proqram üzrə çıxışı zamanı sonuncu dəfə rekorda imza atan yaponiyalı Mao Şimadanı geridə qoyub.

Seriya yarışında Arina Kaluqina 13 ölkədən olan 20 idmançı arasında 167.24 xal toplayaraq bürünc medala sahib çıxıb.


8242 oxunub

InvestAZ