İdman 12:10 / 04.10.2025
Şəki şəhər stadionunda III MDB Oyunları çərçivəsində keçirilən çövkən yarışları davam edir.
Bu gün finala vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib. Yarımfinalda Qazaxıstan komandası ilə üz-üzə gələn Azərbaycan millisi 5:1 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. Komandamızın finaldakı rəqibinin adına Qırğızıstan və Özbəkistan komandalarının oyunundan sonra aydınlıq gələcək. Oyun saat 12:30-da Şəki şəhər stadionunda keçiriləcək.