XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



12 cüdoçumuz MDB Oyunlarının final mərhələsində
İdman 12:24 / 04.10.2025

Bu gün III MDB Oyunları çərçivəsində keçirilən cüdo yarışlarına start verilib.
Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə Azərbaycan komandasının 12 cüdoçusu uğurla çıxış edərək final mərhələsinə vəsiqə qazanıb. Oğlanların yarışındaMəhəmmədəli Hüsiyev (55 kq), Zeyd Ələsgərov, Röyal Qayıbov (hər ikisi 60 kq), Hüseyn Hüseynov, Fəxri Sahibzadə (hər ikisi 66 kq), Məhəmməd Ağakişiyev (81 kq), Sübhan Axundov (+90 kq) finala vəsiqə qazanıb.Qızların mübarizəsində isəSunay Salamova (40 kq), Gülşən Hüseynova (44 kq), Könül Eyvazlı (48 kq), Nərmin Ağamirzəzadə (52 kq) və Nəzakət Vəliyeva (57 kq) qızıl medalla uğrunda tatami üzərinə çıxacaq.



9166 oxunub

InvestAZ