XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Taekvondoçularımız III MDB Oyunlarını 22 medalla başa vurdular
İdman 18:19 / 30.09.2025
III MDB Oyunların çərçivəsində keçirilən taekvondo yarışlarına yekun vurulub. 
Kür Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışların son günündə daha 14 idmançımız dayanq üzərinə çıxıb ki, onlardan da 11-i mükafatçılar sırasında yer alıb. Təmsilçilərimizdən yeniyetmələr arasında Avropa birinciliyinin qalibi, dünya çempionatının bürünc mükafatçısı Vasif Səlimov 68 kq çəki dərəcəsində qızıl medala layiq görülüb. O, həlledici görüşdə özbəkistanlı Umidjon Turabova qalib gəlib. Digər 10 taekvondoçumuz - Səmərrux Osmanova, Zemfira Həsənzadə (hər ikisi 49 kq), Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi 57 kq), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kq), Zemfira Aslanova, Nərmin Ənsəri (hər ikisi 67 kq), Rza Əsədli (80 kq) və Xan Məmmədzadə (+87 kq) isə çıxışlarını bürünc medalla başa vurub.
Qeyd edək ki, taekvondoçularımız ilk yarış günündə 11 ( 3 qızıl, 2 gümüş, 6 bürünc) medal qazanıblar. 
8714 oxunub

InvestAZ