XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Ziya Həsənli: "MDB Oyunlarında taekvondo yarışlarında ilk qızıl medalı qazanmaq möhtəşəm bir hissdir"
İdman 11:26 / 30.09.2025
"Bu Oyunlara uzun müddətdir ki, çempion olmaq üçün ciddi şəkildə hazırlaşmışdım".
Bu sözləri III MDB Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandıran taekvondoçumuz Ziya Həsənli (63 kq) deyib. O, Azərbaycan taekvondosu tarixində MDB Oyunlarında qızıl medal qazandığı üçün çox sevindiyini qeyd edib. "Oyunlarda üç görüş keçirdim. Ən çətin qarşılaşma isə sonuncu döyüş oldu. Amma rəqibimə qalib gələ bildim. MDB Oyunlarında taekvondo yarışlarında ilk qızıl medalı qazanmaq möhtəşəm bir hissdir. Məqsədimə çatdığıma görə çox sevinirəm. Növbəti hədəfim Olimpiya çempionu olmaqdır”, - deyə Ziya Həsənli qeyd edib.

9135 oxunub

InvestAZ