XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Samboçularımız MDB Oyunlarını 8 medalla başa vurdular
İdman 20:42 / 29.09.2025
III MDB Oyunları çərçivəsində keçirilən sambo yarışlarına yekun vurulub.
Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarış Azərbaycan komandası üçün 8 (2 qızıl, 3 gümüş, 3 bürünc) medalla yadda qaldı. Komandamızın heyətində Abdullətif Musayev (53 kq) və Nihad Rəhimov (64 kq) qızıl medala layiq görülüb. Əbubəkir Hüseynov (98 kq), Rəsul Səmədli (+98 kq) və Rüstəm Qasımzadə (58 kq) çıxışını gümüş medalla başa vurub. Bürünc medallara isə Sadiq Nadirov (79 kq), Mikayıl Əmirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) sahib olub.


9272 oxunub

InvestAZ