XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Taekvondoçularımız III MDB Oyunlarına 11 medalla başladılar 
İdman 18:31 / 29.09.2025
Bu gün Mingəçevir şəhərində yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarına start verilib.
İlk yarış günündə taekvondo millimizin 11 üzvü mükafatçılar sırasında yer alıb. Belə ki, təmsilçilərimiz uğurla çıxış edərək 3 qızıl, 2 gümüş və 6 bürünc medala qazanıblar. Komandamızın heyətində Ziya Həsənli 63 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək ölkəmizin III MDB Oyunlarında ilk qızıl medalının müəllifi olub. Digər qızıl medallara isə Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) sahib çıxıb. Komandamızın heyətində gümüş medallara isə Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) layiq görülüblər. Səlimə Quliyeva (46 kq), Nilufər Borji (53 kq), Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi - 87 kq) və Nərgiz Kazimova (62 kq) isə bürünc medallara yiyələniblər.
Qeyd edək ki, taekvondo yarışlarına sabah yekun vurulacaq.


10602 oxunub

InvestAZ