XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Voleybol üzrə Masallı rayon turniri keçirilib
İdman 18:58 / 29.09.2025
"Konstitusiya və Suverenlik ili” çərçivəsində Masallı Olimpiya Kompleksində rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin komandaları arasında voleybol üzrə Masallı rayon turniri keçirilib.
Turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, eləcə Masallı Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Turnirin açılış və təqdimetmə mərasimlərində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun, Masallı Uşaq Gənclər İdman Şahmat Məktəbinin əməkdaşları iştirak ediblər.
Yekun nəticəyə əsasən Türkoba kənd S.Vurğun adına tam orta məktəbin komandası birinci yeri tutub. Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbin komandası ikinci, Qodman kənd C.Kazımov adına tam orta məktəbin komandası isə üçüncü yerə sahib olub. Yarışın qalib komanda üzvləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.


9371 oxunub

InvestAZ