XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Yardımlıda atletika üzrə rayon turniri keçirilib
İdman 17:58 / 29.09.2025

Yardımlı İdman Kompleksində "Konstitusiya və Suverenlik İli" çərçivəsində ümumtəhsil orta məktəb şagirdləri arasında atletika üzrə rayon turniri keçirilib.

Təşkilatçısı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi olan turnirdə 4 ümumtəhsil məktəbini təmsil edən 25 idmançı mübarizə aparıb.

Oğlanların 100 metr məsafəyə qaçışı üzrə baş tutan turnirin qalibi Yunis Adizadə olub. Hüseyn Abışlı ikinci, Mahir Mirzəzadə isə üçüncü yerləri tutublar. Mübarizədə yüksək yerləri qazanan atletlərə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.


9685 oxunub

InvestAZ